EN

Ukrayna Rusiyada silah anbarına VURDU – Əhali köçürülür – VİDEO

Ötən gecə Ukrayna Ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Voronej vilayətində silah anbarına zərbə endirib.

Editor.az lent.az-a istinadən bildirir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev “Telegram”-da paylaşım edib.

Podqorensk rayonunda yerləşən silah anbarında partlayışlar başlayıb və partlayışlar hələ də davam edir. Qəsəbədə fövqəladə vəziyyət elan olunub, yollar bağlanıb, əhalinin avtobuslarla müvəqqəti sığınacaqlara daşınmasına hazırlıq aparılır.

Qeyd edilib ki, partlayışlar nəticəsində artıq evlərdən biri yanıb.

Chosen
171
39
editor.az

10Sources