Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycanın 3x3 basketbol millisinin Qadın Seriyasının Bordo mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Raşa Deliçin rəhbərlik etdiyi komanda ilk görüşünü iyulun 9-da İrlandiya, Avstriya və “Bordo Ballistik” komandalarının yer aldığı seçmə mərhələnin qrup qalibinə qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:30 –da başlayacaq.
Qrupda növbəti rəqib isə İspaniya yığması olacaq və qarşılaşma Bakı vaxtı ilə saat 23:15-də start götürəcək.
Qeyd edək ki, qruplarda ilk iki pilləni tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.