EN

Ekspert: NATO Polşanın Ukrayna üzərindən raketləri vurmasına siyasi səviyyədə razılıq verməlidir

Şimali Atlantika Alyansı Polşa hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukrayna səmasında Rusiya raketlərinin vurulması ehtimalı ilə bağlı siyasi səviyyədə razılıq verməlidir.

“İki sahil” xəbər verir ki, bunu “Ukrinform”a müsahibəsində hərbi ekspert, Polşa ordusunun raket və artilleriya qoşunlarının keçmiş komandanı Yaroslav Krasevski deyib.

"Bu, mürəkkəb mövzudur. Polşa NATO-nun üzvüdür. Birincisi, bu, Şimali Atlantika Alyansında siyasi səviyyədə razılaşdırılmalıdır ki, Kremlin təbliğatında, "Polşa öz məsuliyyətsiz hərəkətləri ilə III Dünya Müharibəsinə səbəb oldu", kimi rəvayətlərə yol verməsin”. – Y.Krasevski bildirib.

O, etiraf edib ki, strateji-siyasi səviyyədə NATO hazırda bu məsələdə qətiyyətli deyil.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
151
8
ikisahil.az

10Sources