EN

Avro-2024 və “Copa America”nın ilk finalçıları bəlli oldu – Video


İspaniya yığması Avro-2024-ün yarımfinalında dünya vitse-çempionu Fransaya 2:1 hesabı ilə qalib gəlib və 12 ildən sonra yenidən çempionluq uğrunda mübarizə aparacaq.
Yeniavaz.com
xəbər verir ki, matçda hesabı 9-cu dəqiqədə Fransa çempionu PSJ-nin 25 yaşlı hücumçusu Randal Kolo Mouani açıb. Ötürməni isə Kilian Mbappe edib.
21-ci dəqiqədə “Barselona”nın 16 yaşlı hücumçusu Lamin Yamal uzaqdan zərbə ilə Fransanın qapıçısını məğlub edib və hesaba bərabərlik gətirib. Bununla o, Avropa və Dünya çempionatlarında qol vuran ən gənc futbolçu ünvanının sahibi olub.
25-ci dəqiqədə isə ispanların hücumunu “RB Leypsiq”in yarımmüdafiəçisi Dani Olmo tamamlayıb. Belə ki, Jül Kunde onun qapıya endirdiyi zərbəni dəf etməyə çalışarkən topu öz qapısından keçirib. Görüş bu hesabla da başa çatıb.

Digər tərəfdən, Dünya çempionu Argentina yığması ABŞ-da keçirilən Amerika Kubokunda (Copa America) finala yüksəlib.
Lionel Skalonun rəhbərlik etdiyi komanda yarımfinalda argentinalıları 2:0 hesabı ilə məğlub edib.
Görüşün 22-ci dəqiqəsində İngiltərə çempionu "Mançester Siti"nin hücumçusu Xulian Alvares hesabı açıb. 51-ci dəqiqədə isə argentinalıların üstünlüyünü “İnter Mayami”nin hücumçusu Lionel Messi artırıb və yekun hesabı müəyyən edib.
“Copa America”da finala digər vəsiqə üçün iyulun 11-də Uruqvay və Kolumbiya komandaları mübarizə aparacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
50
yeniavaz.com

10Sources