EN

Bayden ikinci prezidentlik müddətini başa vura biləcək? - Səhhəti ilə bağlı MÜHÜM AÇIQLAMA

Noyabrda keçiriləcək seçkilərdə yenidən namizədliyini açıqlayan Co Baydenin yaşı və ümumi səhhəti ilə bağlı müzakirələr davam edir. 

Olaylar.az bildirir ki, Ağ Evin sözçüsü Karine Jan Pier gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, bəziləri Baydeni namizədlikdən geri çəkilməyə çağırsa da, Konqresin bir çox üzvləri prezidenti dəstəkləyir.

Baydenin noyabrda yenidən seçiləcəyi təqdirdə ikinci dörd illik prezidentlik müddətini başa vurub vurmayacağı ilə bağlı sualına Jan Pier "Bəli, tamamlayacaq" cavabını verib. Bu sual Baydenin səhhəti ilə əlaqədar verilib. Düşünülür ki, Bayden yenidən prezident seçilərsə, bu yükə uzun müddət tab gətirə bilməyəcək. Prezidentin dövləti və xalqı yarı yolda qoya biləcəyi istiqamətində fikirlər yayılır. 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında xidmət edən Demokrat Partiyasının üzvləri dünən qrup toplantısında bir araya gələrək Baydenin səhhətinə görə prezident seçkilərindən çəkilib-çəkilməməsi məsələsini müzakirə ediblər.

Xatırladaq ki, Ağ Ev iyulun 3-də Baydenin prezidentlik yarışından geri çəkilməyəcəyini açıqlayıb. İyulun 4-də isə Donald Tramp rəqibi Baydenin "yarışdan çəkiləcəyini" iddia edib. İyulun 8-də Ağ Ev rəhbəri Konqresdə Demokratlara göndərdiyi məktubda səhhəti ilə bağlı müzakirələri və namizədlikdən imtina çağırışlarını rədd edib. O, Trampı məğlub etməkdə qərarlı olduğunu qeyd edib. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
109
50
olaylar.az

10Sources