İspaniya millisinin cinah oyunçusu Lamin Yamal Amerika Kubokunun finalında hansı komandanın qalib olmasını arzuladığını deyib. Matc.az xəbər verir ki, o, Messili Argentina yığmasının tərəfini seçib. “Ümid edirəm ki, Messi Argentina ilə Amerika Kubokunu qazanacaq, biz isə Avronu qazanacağıq və mən finalissimoda ona qarşı oynaya biləcəm”. Xatırladaq ki, İngiltərə və İspaniya millilərinin qarşılaşacağı AVRO-2024-ün finalı iyulun 14-də baş tutacaq. Oyun Berlindəki Olimpiya stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək. Lionel Messinin kapitanı olduğu Argentina millisi isə 2024-cü il Amerika Kubokunun finalında Kolumbiya yığması ilə qarşılaşacaq. Turnirin final oyunu iyulun 15-nə təyin edilib. Oyun Bakı vaxtı ilə saat 4:00-da başlayacaq.