Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında şəxsi kateqoriyada qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Kişilərin mübarzəsində Edi Reski Dviçayo E qrupunda Danimarkanı təmsil edən Anders Antonsen və avstriyalı Kollins Filimonla qarşılaşacaq.
Qadınların yarışında isə Keişa Fatimə Zəhra H qrupunda çinli He Bin Çzyao və Böyük Britaniya təmsilçisi Kirsti Gilmorla üz-üzə gələcək.
Qeyd edək ki, Parisdə təşkil edilən Yay Olimpiya Oyunları iyulun 26-da start götürəcək.