"Baku Electronics" Şəbəkə administratoru vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Şəbəkə administratorunun vəzifə öhdəlikləri:
- Stabil qüsursuz şəbəkə infrastrukturunun qurulması;
- İnternet və Data kanallarının istifadəsinin effektivliyinin təmin olunması;
- Şəbəkənin avtomatik alətlər vasitəsilə daimi monitorinqinin təşkili və nəzarəti;
- Şəbəkə təhlükəsizliyinin yüksək səviyyədə təmini, şəbəkəyə icazəsiz girişlərin avtomatik qaydada məhdudlaşdırılmasının və daimi monitorinqinin həyata keçirilməsi;
- Uzaq istifadəçi qoşulmalarının və tunnel bağlantılarının idarəetməsinin təşkili;
- Şəbəkənin topoloji xəritəsinin daimi up-to-date saxlanılması;
- Problemlərin həlli üçün texniki dəstək və internet provayderlərlə qarşılıqlı əlaqənin yaradılması;
- İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasını təşkil etmək bacarığı;
- Şəbəkə problemlərinin həlli və diaqnostikası;
- Avadanlığının quraşdırılması və sazlanması;
- Dəyişikliklərin sənədləşdirilməsi, işlərin Change Management-ə uyğun olaraq təşkili.
Namizəddən tələblər:
- Müvafiq sahədə ən azı 3 il iş stajı;
- Korporativ LAN/WAN şəbəkələrinin inkişafı və dəstəklənməsi;
- Firewall (Fortinet, Cisco) sistemləri ilə iş təcrübəsi;
- Switching üzrə dərin biliklər;
- STP, VTP, VSS, LACP, OSPF, EIGRP, SNMP protokolları barəsində biliklər;
- DMVPN, GRE, IPsec, SSLVPN üzrə həllər və tətbiqi;
- RADİUS, TACACS + protokolları ilə iş təcrübəsi;
- SD-WAN texnologiyası haqqında dərin biliklər;
- Wireless network haqqında dərin biliklər;
- NAC həlləri ilə iş təcrübəsi;
- Telefoniya sistemləri ilə iş təcrübəsi;
- Şəbəkə monitorinqinin həyata keçirilməsi;
- Dil bilikləri: Azərbaycan – əla, Rus – yaxşı, Ingilis – orta;
- Təhlil etmə bacarığına malik olmalı;
- işə yaradıcı yanaşmalı, yeni ideyalara malik olmalı
- Arzu olunandır: Linux/Unix əməlliyət sistemi üzrə iş təcrübəsi, WAF həlləri üzrə iş təcrübəsi
Uyğun namizədlər CV-lərini mövzu bölməsinə “Şəbəkə Administratoru” qeyd edərək email ünvanına (sitara.masimzada@bakuelectronics.az) göndərə bilərlər.