EN

Şəbəkə administratoru - VAKANSİYA

"Baku Electronics" Şəbəkə administratoru vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Şəbəkə administratorunun vəzifə öhdəlikləri:

  • Stabil qüsursuz şəbəkə infrastrukturunun qurulması;
  • İnternet və Data kanallarının istifadəsinin effektivliyinin təmin olunması;
  • Şəbəkənin avtomatik alətlər vasitəsilə daimi monitorinqinin təşkili və nəzarəti;
  • Şəbəkə təhlükəsizliyinin yüksək səviyyədə təmini, şəbəkəyə icazəsiz girişlərin avtomatik qaydada        məhdudlaşdırılmasının və daimi monitorinqinin həyata keçirilməsi;
  • Uzaq istifadəçi qoşulmalarının və tunnel bağlantılarının idarəetməsinin təşkili;
  • Şəbəkənin topoloji xəritəsinin daimi up-to-date saxlanılması;
  • Problemlərin həlli üçün texniki dəstək və internet provayderlərlə qarşılıqlı əlaqənin yaradılması;
  • İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasını təşkil etmək bacarığı;
  • Şəbəkə problemlərinin həlli və diaqnostikası;
  • Avadanlığının quraşdırılması və sazlanması;
  • Dəyişikliklərin sənədləşdirilməsi, işlərin Change Management-ə uyğun olaraq təşkili.

Namizəddən tələblər:

  • Müvafiq sahədə ən azı 3 il iş stajı;
  • Korporativ LAN/WAN şəbəkələrinin inkişafı və dəstəklənməsi;
  • Firewall (Fortinet, Cisco) sistemləri ilə iş təcrübəsi;
  • Switching üzrə dərin biliklər;
  • STP, VTP, VSS, LACP, OSPF, EIGRP, SNMP protokolları barəsində biliklər;
  • DMVPN, GRE, IPsec, SSLVPN üzrə həllər və tətbiqi;
  • RADİUS, TACACS + protokolları ilə iş təcrübəsi;
  • SD-WAN texnologiyası haqqında dərin biliklər;
  • Wireless network haqqında dərin biliklər;
  • NAC həlləri ilə iş təcrübəsi;
  • Telefoniya sistemləri ilə iş təcrübəsi;
  • Şəbəkə monitorinqinin həyata keçirilməsi;
  • Dil bilikləri: Azərbaycan – əla, Rus – yaxşı, Ingilis – orta;
  • Təhlil etmə bacarığına malik olmalı;
  • işə yaradıcı yanaşmalı, yeni ideyalara malik olmalı
  • Arzu olunandır: Linux/Unix əməlliyət sistemi üzrə iş təcrübəsi, WAF həlləri üzrə iş təcrübəsi

Uyğun namizədlər CV-lərini mövzu bölməsinə “Şəbəkə Administratoru” qeyd edərək email ünvanına (sitara.masimzada@bakuelectronics.az) göndərə bilərlər.

Chosen
118
38
fins.az

10Sources