"Improve Group" şirkəti Marketinq və satış direktoru vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Marketinq strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi;
- Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərini müəyyən etmək və onların təkmilləşdirilməsi üçün müvafiq təkliflər vermək;
- Marketinq büdcəsinin planlaşdırılması və bölüşdürülməsi;
- Marketinq tədqiqatlarında iştirak (məsələn, rəqiblərin və bazar imkanlarının təhlili);
- Biznes, hədəf, bazar və rəqib kontekstində düzgün istinad meyarlarının müəyyən edilməsi;
- Zəruri qısa və uzun müddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək;
- PR kampaniyalarının yaradılması və həyata keçirilməsi;
- Tərəfdaşlar, müştərilər və media ilə ünsiyyət;
- Məhsulun inkişaf strategiyasını hazırlaması və təsdiq edilməsi;
- İşin nəticələrini nəzarət və təhlil etmək;
- Yeni satış planlarının və reklamların həyata keçirməsi;
- Korporativ görüşlərin keçirilməsi.
- Müştəri seqmentləri və kanalların effektivliyinin təhlil edilməsi;
- Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi
- (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək, rəqiblərin analizi, sahə üzrə əsas açar sözlərin müəyyənləşdirilməsi;
- Müştəri bazasının qurmağı, bu bazadakı müştərilərin siyahısına uyğun olaraq planın hazırlanması və yeni müştəriləri bu bazaya elavə edilməsi;
- Youtube, Linkedln, Google, Facebook və Instaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsinə nəzarət;
- Şirkətin sosial şəbəkələrdə səhifələri üçün (facebook, instagram və s.) kontentlərin hazırlanması;
- Şirkətin sosial media hesablarının idarə olunması (Facebook, Instagram,Twitter, Google Business. YouTube);
- Brendin və xidmətlərin rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
- Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
- Rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
- Internet resurslardan gələn sorğuların cavablandırılması;
- Kampaniyalar, sosial media paylaşımlarının və digər məzmunların dizayn edilməsi;
- Bazar vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq;
- Bazarı və bazar tendensiyalarının araşdırılması;
- Foto/video çəkilişləri prosesinin təşkil və nəzarətinin təmin edilməsi;
- Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq etməyi bacarmaq;
- Əsas marketinq göstəricilərini izləməli və təhlil etməli;
- Markanı tanıtmaq üçün müxtəlif görüşlərdə və konfranslarda iştirak edir.
- Müəsisələr üzrə qoyulan satış hədəflərini yerinə yetirmə
- Şirkətin mövcud korporativ şirkət siyahısı ilə aktiv əməkdaşlıq
- Əməkdaşlıq qurulması üşün yeni şirkətlərin müəyyən edilməsi
- Şirkət xidmətlərinin təklif edilməsi məqsədi ilə şirkətlərlə əlaqələrin qurulması, görüşlərin keçirilməsi
- E-mail marketinq vasitəsi ilə şirkət xidmətləri barədə məlumatların yayılması
- Şirkət xidmətlərinin çeşidinin artırılması ilə bağlı təkliflərin hazırlanması və müzakirəsi
- Mütəmadi bazar və rəqib araşdırmalarının aparılması və hesabatların hazırlanması
- Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, problemlərin səbəblərini araşdırmaq və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirləri həyata keçirirmək;
Vəzifəyə tələblər:
- Ali təhsil (biznes, satış və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
- Satış və marketinq rəhbərliyi sahəsində 4-6 il iş təcrübəsi;
- Rəqəmsal marketinq sahəsi üzrə ən azı 5 il iş təcrübəsi.
- Komanda ilə işləmə bacarığı;
- Analiz etmə və problemləri həll etmə bacarığı;
- Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;
- Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
- Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər;
- Təzyiq altında işləmək bacarığı.
- B2B, B2C satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi.
İş haqqında:
- ARƏM uyğun işə qəbul;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş saatı: 09:00-18:00;
- İş qrafiki: 6 günlük.
Əmək haqqı: 2000 - 3000 AZN
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Marketinq və Satış Direktoru” başlığı ilə elektron poçtuna (hr@improve.az) göndərə bilərlər.