ABŞ Demokrat Partiyasının Komitəsi avqusta planlaşdırılan qurultaya başlamazdan əvvəl prezident Co Baydeni dövlət başçısı vəzifəsinə namizəd kimi rəsmən təsdiqləmək niyyətindədirlər.
The New York Times-a (NYT) istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.
May ayından etibarən Bayden qurultaydan bir neçə həftə əvvəl videokonfrans zamanı namizəd kimi təsdiqlənməyi planlaşdırırdı. Proses gələn Cümə günü partiya komitəsinin virtual iclas keçirəcəyi vaxt başlayacaq. Bazar günü daha bir görüş baş tutacaq. Partiya funksionerləri Bazar ertəsi səs verməyə başlayacaq və bu proses təxminən bir həftə çəkməlidir. Bundan sonra səslər hesablanacaq.
Bayden faktiki olaraq Demokrat Partiyasında partiyadaxili seçkilərdə qalib gəlib, lakin hələ də rəsmi prezidentliyə namizəd olmayıb. İlkin olaraq onun namizədliyinin partiya qurultayında təsdiq edilməli olduğu güman edilirdi. Demokratların Milli Qurultayı avqustda baş tutacaq.
Bazar ertəsi ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçıların Milli Qurultayında 2024-cü ildə prezidentliyə namizəd olmaq üçün kifayət qədər səs toplayıb.
ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.