EN

Maliyyə Risklərinin İdarəedilməsi şöbəsində mütəxəssis və ya aparıcı/baş mütəxəssis - VAKANSİYA

"PASHA Insurance" Maliyyə Risklərinin İdarəedilməsi şöbəsində mütəxəssis və ya aparıcı/baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə və Öhdəliklər:

  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək                                        
  • Maliyyə risklərinin idarə edilməsi ilə bağlı siyasət sənədlərinin, prosedur və metodologiyaların hazırlanması və yenilənməsində iştirak etmək
  • Mütəmadi olaraq risklərin qiymətləndirilməsində və onun nəticəsində risk xəritəsinin hazırlamanmasında iştirak etmək                                                
  • Şirkətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, onların tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək
  • Maliyyə riskləri limitlərinin hesablanmasına dair təkliflərin verilməsi
  • Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak etmək
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək
  • Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi
  • Maliyyə riskləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək
  • Müvafiq daxili hesabatların hazırlanmasında iştirak etmək
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Biliklər:

  • İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə ali təhsil;
  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.

Təcrübə:

  • Ümumilikdə əlaqəli sahədə 2 il iş təcrübəsi; Risklərin idarə olunması, audit üzrə minimum 1 il təcrübə (sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).

Bacarqılar:

  • Təqdimat bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
  • Stresə davamlılıq;
  • Təşəbbüskarlıq;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətli olmaq.

Son müraciət tarixi: 12.08.2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına (recruitment@paha-insurance.az) göndərin.

Chosen
183
38
fins.az

10Sources