Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin qərarı ilə Xanlar Fətiyevin 98 saylı Bərdə - Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.
Modern.az-ın məlumatına görə, indiyə kimi həmin dairənin deputatı Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc idi. Z.Oruc ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin üzvü olub.
O, 1 sentyabr tarixli növbədənkənar parlament seçkilərində Bakıdakı 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyini irəli sürüb.
Zahid Orucun 98 saylı Bərdə - Tərtər seçki dairəsindən çəkildiyini nəzərə alan YAP oradan Gəncə Avtomobil Zavodunun rəhbəri Xanlar Fətiyevin namizədliyini irəli sürüb.
Qeyd edək ki, Xanlar Fətiv daha əvvələr iki dəfə deputat olub. O, dördüncü və beşinci çağırış (2010-2015 və 2015-2020) Milli Məclisin üzvü olub.
X.Fətiyev hazırda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var.
A.Qorxmaz