EN

Bu ölkənin dövlət borcu 3,6 trilyon avroya çata bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Fransanın dövlət borcu 2027-ci ilə qədər hazırkı 3,1 trilyon avrodan 3,6 trilyon avroya yüksələ bilər.

Banco.az xəbər verir ki, bu barədə Hesablama Palatasının rəhbəri Pyer Moskovisi “France Inter” radiostansiyasının efirində bildirib.

“Hazırda Fransanın dövlət borcu 3,1 trilyon avro (ÜDM-nin təxminən 110 faizi) təşkil edir və 2027-ci ilə qədər bu göstərici 3,6 trilyon avroya çata bilər”,- o deyib.

Hesablama Palatasının rəhbəri qeyd edib ki, son məlumatlara əsasən, Fransa dövləti hər il 60 milyard avro borc ödəyir: “2027-ci ildə isə bu rəqəm 80 milyard avroya qədər yüksələ bilər. Bu, dövlətin təhsil, ədliyyə, təhlükəsizlik sahələrini, həmçinin “yaşıl iqtisadiyyat”a keçid kimi digər istiqamətləri maliyyələşdirmək imkanlarını azaldacaq. Əslində, yeni hökumətin əsas vəzifəsi dövlət borcunu azaltmaq olmalıdır. Bu, təkcə sağçıların, yaxud solçuların deyil, hər kəsin üzərinə düşən ümumi vəzifədir”.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
168
3
banco.az

10Sources