Bu gün Azərbaycanın 5 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.
Sportal.az xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək. Batminton yarışları Bakı vaxtı ilə saat 10:30-da başlanacaq.
Daha sonra cüdo yarışlarına start veriləcək. Bu idman növündə Balabəy Ağayev (60 kq), Leyla Əliyeva (48 kq) mübarizə aparacaq. Görüşlər Bakı vaxtilə saat 12:00-da başlayacaq.
Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada təsnifat mərhələsində yarışacaq. 33 idmançı start xəttinə çıxacaq, onlardan 8-i finala yüksələcək. (Saat 12:30)
Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində yarışacaq (13:00).
Qeyd edək ki, Paris-2024 -ə avqustun 11-də yekun vurulacaq.