EN

Son bir ayda Azərbaycana 1150 nəfərin girişi məhdudlaşdırılıb

2024-cü ilin iyulunda  İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduğuna görə, 1150 nəfərin Azərbaycana  girişinə məhdudiyyət qoyulub. Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat verib.

"İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 224, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 926 qərar qəbul edilib",  -  məlumatda bildirilib. 

Bunlardan 882-si Miqrasiya Məcəlləsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 44-ü Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.
 
N.Təbrizli


www.anews.az
Chosen
176
49
anews.az

10Sources