EN

Rusiya Ukraynaya 3 "İsgəndər-M" raketi atıb

Avqustun 15-dən 16-na keçən gecə Rusiya ordusu 3 raket və 5 PUA ilə yenidən Ukraynaya hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

 

Məlumata görə, hava hücumundan müdafiə qüvvələri bütün Rusiya PUA-larını vurmağa nail olub. Həmçinin 3 “İsgəndər-M” ballistik raketi atılıb və Poltava, Jitomir, Kirovoqrad, Odessa və Nikolayev vilayətləri hücuma məruz qalıb.

 

İlkin məlumata görə, ölən və yaralanan yoxdur, dağıntıların miqyası dəqiqləşdirilir. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri bildirib ki, gecə PUA hücumundan sonra Ukraynanın paytaxtında dağıntı və tələfat olmayıb.

Chosen
123
11
modern.az

8Sources