EN

Qaxda qəza: Türkiyə vətəndaşı xəsarət aldı

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

Publika.az Report-a istinadən xəbər verir ki, yol qəzası şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobusla “Leksus” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Türkiyə vətəndaşı, 1998-ci il təvəllüdlü Məhəmməd Sağlam yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
12
publika.az

10Sources