Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, sentyabrın 16-22-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə məşqçi-müəllim Aybəniz Əsgərzadə tərəfindən açıq havada ustad dərsləri – 16 sentyabr, saat 15:00 (Sumqayıt şəhər, Mehdi Hüseynzadə adına şəhər stadionu);
- "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş voleybol üzrə idarə, müəssisə və təşkilatlar arasında Xızı rayon kuboku – 17-18 sentyabr, saat 11:00 (Xızı şəhər tam orta məktəbi);
- “Sağlam həyat” layihəsi çərçivəsində kikboksinq üzrə məşqçi-müəllim Əsgər Rəhimov tərəfindən ustad dərsləri – 19 sentyabr, saat 17:00 (Xırdalan şəhəri, Abşeron kikboksinq klubu);
- "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş minifutbol üzrə “İdman hamı üçün” layihəsi çərçivəsində Namiq Quliyev tərəfindən ustad dərsləri – 20 sentyabr, saat 11:00 (Xızı şəhər tam orta məktəbi);
- “Narkomaniyaya yox deyirik!” devizi altında üzgüçülük üzrə 2011-2012; 2013-2014; 2015-2016; 2017-ci il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında Sumqayıt şəhər birinciliyi – 21 sentyabr, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- Şahmat üzrə tempo turniri - 21 sentyabr, saat 15:00 (“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin Publik Hüquqi Şəxsi);
- "22 sentyabr - Dünya Avtomobilsizlik günü"nə həsr edilmiş veloyürüş – 22 sentyabr, saat 17:00 (Sumqayıt şəhəri, Təyin olunmuş marşurut üzrə).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmələr arasında cüdo üzrə Qobustan rayon turniri - 19 sentyabr, saat 15:00 ("Güləş" idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə idman tədbiri - 20 sentyabr, saat 16:00 (Ağsu rayon Gəgəli kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə ustad dərsləri - 20 sentyabr, saat 17:00 (Şamaxı şəhər stadionunun idman zalı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Gimnastika hamı üçün” – 22 sentyabr, saat 11:30 (İsmayıllı Olimpiya İdman Kompleksi).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində şahmat üzrə nümunəvi çıxışlar - 17 sentyabr, saat 15:30 (Goranboy Şahmat Məktəbi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində savat üzrə nümunəvi çıxışlar - 18 sentyabr, saat 16:00 (Göygöl rayonu, Heydər Əliyev parkı);
- Bilik gününə həsr olunmuş "Şən startlar" əyləncəli idman oyunu - 19 sentyabr, saat 10:00 (Goranboy rayonu, Dəliməmmədli şəhər tam orta məktəbi).
Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Basketbol üzrə rayon birinciliyi - 20 sentyabr, saat 10:00 (Gəncə şəhər Haciməlik qəsəbəsi Xocalı şəhər Kosalar kənd tam orta məktəbi).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Boks üzrə nümunəvi çıxışlar - 17 sentyabr, saat 10:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 18 sentyabr, saat 9:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Boks üzrə nümunəvi çıxışlar - 18 sentyabr, saat 11:00 (Qazax Olimpiya İdman Kompleksi);
- Futbol üzrə nümunəvi çıxışlar - 18 sentyabr, saat 17:00 (Ağstafa şəhər stadionu);
- Karate üzrə nümunəvi çıxışlar - 19 sentyabr, saat 10:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 20 sentyabr, saat 15:00 (Ağstafa UGİM-in idman zalı);
- Taekvondo üzrə yeniyetmə oğlan və qızlar arasında açıq region birinciliyi - 21-22 sentyabr, saat 10:00 (Gədəbəy İdman Klubunun zalı).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində minifutbol üzrə kütləvi idman tədbiri - 17 sentyabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Cüdo hamı üçün" kütləvi idman tədbiri - 18 sentyabr, saat 15:00 (Siyəzən şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə kütləvi idman tədbiri - 20 sentyabr, saat 11:00 (Şabran rayonu, 4 nömrəli tam orta məktəb);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində yeniyetmələr arasında voleybol üzrə kütləvi idman tədbiri - 20 sentyabr, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);
- Həvəskarlar arasında dama üzrə Xaçmaz rayon birinciliyi - 21 sentyabr, saat 11:00 (Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Veteranlar arasında yunan-Roma güləşi üzrə şimal regionun ilk dünya çempionu Şəkərxan Əlismanovun şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə Qusar rayon açıq birinciliyi - 21-22 sentyabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Məktəblilər arasında stolüstü tennis üzrə rayon turniri - 17 sentyabr, saat 15:00 (Masallı rayonu, Masallı Stolüstü Tennis filialı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika üzrə idman tədbiri - 18 sentyabr, saat 9:30 (Yardımlı Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə master-klas - 19 sentyabr, saat 17:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında atletika üzrə rayon turniri - 20 sentyabr, saat 11:00 (Lerik rayon stadionu);
- Uşaqlar və yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon turniri - 20-21 sentyabr, saat 10:00 (Masallı rayon Ərkivan qəsəbə Mədəniyyət Mərkəzi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində açıq idman tədbiri - 21 sentyabr, saat 11:00 (Lənkəran rayon H.Əliyev adına xatirə parkı);
- Məktəblilər arasında voleybol üzrə rayon turniri - 21-22 sentyabr, saat 11:00 (Masallı Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin 30 illik yubileyinə həsr olunmuş minifutbol üzrə rayon turniri (qrup oyunları) - 20-22 sentyabr, saat 19:00 (Astara Olimpiya İdman Kompleksi).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Boks üzrə nümunəvi çıxışlar - 16 sentyabr, saat 10:00 (Mingəçevir şəhər boks idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışlar - 19 sentyabr, saat 17:00 (Göyçay sərbəst güləş idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 21 sentyabr, saat 9:30 (Zərdab rayonu, 3 saylı tam orta məktəbin stadionu);
- Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyi - 22 sentyabr, saat 10:00 (Göyçay Olimpiya İdman Kompleksi).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Vətən müharibəsi şəhidi Babək Ənnağıyevin xatirəsinə həsr edilmiş karate üzrə Sabirabad rayon turniri - 16 sentyabr, saat 15:00 (Sabirabad rayon Zəngənə kənd mədəniyyət evi);
- Vətən müharibəsində iştirak etmiş Beyləqan şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol üzrə rayon turniri - 19 sentyabr, saat 10:00 (Beyləqan Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində güləş üzrə nümunəvi çıxışlar - 19 sentyabr, saat 16:00 (Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin idman zalı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 20 sentyabr, saat 17:00 (Saatlı şəhər V.Əsgərov adına 4 saylı tam orta məktəbin meydançası);
- “İdman hamı üçün” layihəsi çərçivəsində stolüstü tennis üzrə həvəskarlar arasında İmişli rayon turniri - 20-22 sentyabr, saat 15:00 (İmişli Olimpiya İdman Kompleksi).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- "Gimnastika hamı üçün" devizi altında 2009- 2015-ci il təvəllüdlü qızlar arasında məşqçi müəllim Sevda Ramazanova tərəfindən master-klas - 16 sentyabr, saat 10:00 (Qax şəhər stadionu);
- Kəndlərdə futbolun inkişaf etdirilməsi məqsədi ilə Göynük İnzibati ərazi dairəsində futbol üzrə ümumtəhsil məktəblərinin komandaları arasında turnir - 18-23 sentyabr, saat 11:00 (Şəki şəhər Aşağı Göynük kənd tam orta məktəbi);
- Həvəskarlar arasında futbol üzrə yoldaşlıq görüşü - 21 sentyabr, saat 17:00 (Balakən rayonu Şərif kənd stadionu).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- 6 yaş və daha kiçik yaşlı uşaqlar üçün “Sağlam həyat” proqramı çərçivəsində atletika və gimnastika üzrə idman tədbiri - 17-18 sentyabr, saat 10:00 (Salyan şəhər Ceyhun Yegənov adına 7 saylı uşaq bağçası);
- Atletika üzrə şəhər birinciliyi - 19 sentyabr, saat 10:00 (Hacıqabul şəhər stadionu);
- Taekvondo üzrə rayon birinciliyi - 19-20 sentyabr, saat 10:00 (Biləsuvar rayonu, Xırmandalı kənd tam orta məktəb);
- Ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon biriciliyi - 20-27 sentyabr, saat 14:00 (Neftçala Olimiya İdman Kompleksi);
- Boks üzrə rayon birinciliyi - 21 sentyabr, saat 10:00 (Salyan Olimpiya İdman Kompleksi);
- Uşaq və yeniyetmələr arasında şahmat (blits) üzrə rayon birinciliyi – 21 sentyabr, saat 10:00 (Neftçala Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Yeniyetmələr arasında boks üzrə şəhər birinciliyi – 21-22 sentyabr, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi).
İdman.biz