RU

İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb


Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 1 milyard 484,4 milyon dollar dəyərində 74 min 723 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com
-un apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 8% və ya 6 min 483 ədəd azalıb.
Qeyd edək ki, bu ilin ilk 10 ayında idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 19 min 865 dollar (33 min 772 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 16 min 920 dollar (28 min 764 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% və ya 2 min 945 dollar (5 min manat) artıb.
İdxal olunan avtomobillərin ümumi sayı azalsa da, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalı artıb. Belə ki, ötən ilin ilk 10 ayında xaricdən 11 min 769 ədəd hibrid avtomobil gətirildiyi halda, bu ilin ilk 10 ayında 61% (7 min 217 ədəd) artaraq 18 min 986 ədədə çatıb.
İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 27 min 396 dollar (46 min 574 manat) olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 25 min 111 dollar (42 min 688 manat) olub. Son bir ildə ölkəyə idxal olunan hibrid avtomobillərin orta gömrük dəyəri 9% və ya 2 min 285 dollar (3 min 884 manat) artıb.

Elnur Əli
Избранный
8
1
yeniavaz.com

10Источники