RU

Tramp: “Kanada ABŞ-nın 51-ci ştatı ola bilər, Trüdo isə...”

Tramp:

Kanada ABŞ-nın 51-ci ştatı ola bilər.

Reyting.az
-ın məlumatına görə, iddia olunur ki, bunu ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp Kanada baş naziri Kastin Trüdonun “tariflərin artması iqtisadiyyatı öldürəcək” fikrinə cavabında deyib.

“Fox News” adı açıqlanmayan mənbələrə istinadla bildirir ki, Tramp noyabrın 30-da Mar-a-Laqodakı malikanəsində Trüdo ilə sərhəd və ticarət məsələsini müzakirə edib.

Tramp deyib ki, Kanada “sərhəd və ticarət kəsiri problemlərini həll etmədiyi” təqdirdə, prezident vəzifəsinə keçdiyi zaman Kanadadan gələn məhsullara 25 faiz rüsum tətbiq edəcək. Trüdo bunun Kanada iqtisadiyyatını “öldürəcəyini” ifadə etdikdən sonra Tramp “Yəni sizin ölkəniz ABŞ-dan 100 milyard dollar oğurlamadan yaşaya bilməzmi?”,- cavabını verib. Tramp eyni zamanda Kanadanın ABŞ-nın 51-ci ştatı, Trüdonun isə bu ştatın qubernatoru ola biləcəyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, Tramp prezident vəzifəsinə keçərkən Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

ELÇİN
Избранный
34
48
reyting.az

10Источники