RU

"Ukraynaya yardımın ləngiməsi döyüş meydanında vəziyyətlə bağlı deyil" - ABŞ demokrat konqresmeni

"Respublikaçılar Partiyası üzvlərinin yarıdan çoxu Eyzenhauerdən Reyqana və hər iki Buşadək ənənəvi fəal xarici siyasətə sadiq qalanlardır..."
 
"Donald Tramp respublikaçı konqresmenlərə Ukraynaya yardımın maliyyələşməsinə qarşı çıxmaq üçün təzyiq göstərir..."
 
Konqresmen Bredan Boyl döyüş meydanında vəziyyətin Ukraynaya yardıma təsir göstərib-göstərməyəcəyini izah edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi"nə Pensilvaniyadan olan demokrat konqresmen Bredan Boyl bəyan edib.
 
Onun sözlərinə görə, Ukraynaya yardım məsələsində mövqeyinə görə Respublikaçılar Partiyası üzvlərini üç qrupa bölmək olar.
 
Ukraynada döyüş meydanındakı vəziyyət Vaşinqtonun Kiyevə dəstəyinə təsir etmir. Amerika siyasətçiləri arasında Ukraynaya yardımın maliyyələşdirilməsi ətrafında mübahisələrin səbəbi başqadır.
 
Onun sözlərinə görə, bu, Respublikaçılar Partiyasının daxilindəki vəziyyətlə bağlıdır.
 
"Mənə elə gəlir ki, bizim Ukraynaya yardıma sadiq olanlarımız döyüş meydanında nələrin baş verməsindən, əkshücum vəzifələrinin icra edilib-edilməməsindən asıll olmayaraq sadiq qalmaqda davam edəcək. Respublikaçıların dəstəyinə gəldikdə, bu, döyüş meydanında baş verənlərlə deyil, partiya daxilində baş verənlərlə bağlıdır", - o, deyib.
 
Onun sözlərinə görə, bu, Respublikaçılar Partiyasının daxilindəki vəziyyətlə bağlıdır.
 
Konqresmenin fikrincə, Respublikaçılar Partiyasında üç cərəyan var. Onun üzvlərinin yarıdan çoxu birinci cərəyanı təmsil edir. Bunlar Respublikaçılar Partiyasının ənənəvi fəal xarici siyasət prinsiplərinə sadiq olanlardır və öz mövqeyini ifadə etməkdən çəkinmir.
 
"Mitç Makkonnell Respublikaçılar Partiyasının Eyzenhauerdən Reyqana və hər iki Buşadək bu ənənəvi xarici siyasətin əla nümunəsidir. Bu siyasət Amerikanın NATO-da olmaqdan qürur duyduğu, sovet, indi isə Rusiya təcavüzünə qarşı dayanan Transatlantik Alyansda olmağından qürur duyduğu güclü milli müdafiəsi deməkdir", - demokrat konqresmen misal gətirib.
 
İkinci qrup təcridçilərdir, onların arasında Marcori Teylor Qrini misal göstərmək olar. Onlar fəal şəkildə Ukraynaya dəstək göstərilməsinə qarşı çıxır. Onlar mütləq azlıqda olsalar da, təsiri artmaqdadır.
 
Sonuncu qrup elə birinci qrupun prinsiplərini bölüşən respublikaçılardır, lakin onlar Ukraynaya dəstəyin növbəti partiyadaxili seçkilərdə məğlubiyyətləri bahasına olacağından ehtiyat edir. Bunlara misal olaraq konqresmen Nümayəndələr Palatasının spikeri Mayk Consonu aid edib.
 
"O cümlədən, Nümayəndələr Palatasında bir respublikaçı mənə seçicilərlə ağrılı görüş barəsində danışıb və bu görüş zamanı o, Ukraynaya dəstəyə görə tənqid edilib", - Boyl qeyd edib.
 
Konqresmen vurğulayıb ki, Ukraynaya bundan sonrakı dəstək məhz bu qrupun nümayəndələrindən asılıdır. 
 
"Bu gün ən böyük problem ondadır ki, sabiq prezident Donald Tramp və ABŞ-da bəzi sağ təmayüllü KİV-lər Konqresdə Ukraynaya yardımın maliyyələşdirilməsinə qarşı çıxış etmək üçün respublikaçılara təzyiq göstərir. Bax, yardımın ləngiməsinin ən böyük səbəbi budur", - Brendan Boyl deyib.
 
ABŞ-ın Ukraynaya yardımı-bunları bilmək lazımdır
 
Bir aydan artıqdır ki, ABŞ Baydenin Ukraynaya da dəstək üçün vəsaitlər nəzərdə tutulan 106 milyard dollar məbləğində əlavə maliyyələşdirmə barədə sorğusunu təsdiq edə bilmir. Bunun 61 milyard dolları İsrail üçün ayrılıb.
 
Bu yaxınlarda KİV-lər məlumat verib ki, Bayden administrasiyası Ukrayna və İsrailə dəstək üçün maliyyələşdirilmənin təsdiq edilməsini təmin etmək üçün güzəştlərə getməyı hazırdır.
 
Belə ki, Ağ ev və Konqres elə saziş imzalamağa tələsir ki, həm iki müttəfiq ölkəyə hərbi yardımın göstərilməsin nəzərdə tutsun, eyni zamanda ABŞ və Meksika arasında sərhəddə qeyri-leqal immiqrasiyaya mane olmasın.
 
Bu tələskənlik o cümlədən onunla bağlıdır ki, respublikaçıların başçılıq etdiyi Nümayəndələr Palatası öz işini dekabrın 14-də bitirməyi planlaşdırır. Senat da oxşar zaman çərçivələrinə malikdir.
Избранный
353
12
moderator.az

10Источники