RU

Tramp rəqibi Baydenin prezidentlik yarışından geri çəkiləcəyini iddia edib

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olan Donald Tramp canlı yayımda debatda çıxışını tənqid etdiyi rəqibi prezident Co Baydenin "yarışdan çəkiləcəyini" iddia edib. Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, sosial mediada Trampın Baydenin seçkilərdən geri çəkilməsi və onun müavini Kamala Harrisin qolf meydançasında bir şəxslə əvəzlənməsi ehtimalını müzakirə edən videosu yayılıb. Canlı yayım debatında Baydenin “zəif performansını” tənqid edən Tramp əla iş gördüyünü bildirib və rəqibi Baydeni “qoca və bədbəxt” adlandırıb. “O, yarışı tərk edir, bu o deməkdir ki, Kamala qalıb”, - deyib. Donald Tramp, həmçinin vitse-prezident Harrisin “daha ​​yaxşı namizəd olacağını” iddia etsə də, onu da, “pafoslu” adlandırıb. ABŞ prezidenti Bayden Trampla canlı yayımda etdiyi debatda ikinci dövr namizədliyində yaşı ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün kifayət qədər performans göstərə bilməyib və proqramdan sonra sıx tənqidlərə məruz qalıb. Canlı yayımlanan debatdan sonra Demokrat Partiyasının rəsmiləri və tərəfdarları demokrat Baydenin prezidentlik yarışından geri çəkilməli olduğunu düşünməyə başlayıblar. Partiya daxilində Harrisin Baydendən daha güclü namizəd ola biləcəyi ilə bağlı müzakirələr gedir. Demokrat Lloyd Doggett Nümayəndələr Palatasının Baydeni yarışdan çəkilməyə çağıran ilk üzvü olub. Əvvəlki seçkilərdə Baydeni dəstəkləyən Demokratlar Palatasının üzvü Ceyms Klibern Baydenin seçkidən çəkiləcəyi təqdirdə Harrisi dəstəkləyəcəyini bildirib. Ağ Ev prezident Baydenin prezidentlik yarışından “qəti olaraq” geri çəkilməyəcəyini bəyan edib. Qadir, Bizimyol.info

Избранный
144
50
bizimyol.info

10Источники