Yaya hazırlığını Sloveniyada keçirən "Sabah" bu gün təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, ilk sınaq matçında yerli "Koper"ə qalib gələn (1:0) "Sabah" Sloveniyada daha 2 yoxlama oyunu keçirəcək. Komanda iyulun 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. "Sabah" iyulun 18-də Bakıya qayıdacaq.