Yaya hazırlığını Sloveniyada keçirən "Sabah" bu gün təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19.30-da başlayacaq.
Qeyd edək ki, ilk sınaq matçında yerli "Koper"ə qalib gələn (1:0) "Sabah" Sloveniyada daha 2 yoxlama oyunu keçirəcək. Komanda iyulun 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. "Sabah" iyulun 18-də Bakıya qayıdacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта