AZ

Azərbaycanda seçki başa çatmayıb, ATƏT-in hesabatı isə artıq hazırdır- BİABIRÇILIQ...

Image

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri hələ başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki hesabatı artıq hazır olduğu ortaya çıxıb. Mediada sənədin artıq tam olaraq yayıma hazır və təsdiqlənmiş formada olduğunu göstərən surəti də yayılıb. Bildirilib ki, hesabatın yekun variantı Vaşinqtondan göndərilib və sabah açıqlanması gözlənilir.

Sənəddə qeyd olunur ki, seçkilərin hüquqi bazası demokratik seçkilər üçün əlverişli deyil, Konstitusiya və digər qanunların icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığı məhdudlaşdırılıb, beynəlxalq standartlara və ATƏT-in öhdəliklərinə uyğun gəlmir.

Hesabatda deyilir ki, MSK daxil olan şikayətlərin əksəriyyətinə mahiyyəti üzrə baxıb, lakin dəvət olunmuş tərəflərin arqumentləri heç vaxt nəzərə alınmayıb. MSK əvvəlcədən hazırlanmış qərarlar qəbul edərək şikayətçiləri qanunla, ATƏT-in öhdəliklərindən və beynəlxalq təcrübədə nəzərdə tutulmuş prosedur təminatlarından məhrum edib. MSK və məhkəmə qərarları tam əsaslandırılmayıb və MSK qərarlarında əlavə hüquqi müdafiə vasitələrinin mövcudluğu göstərilməyib. Apellyasiya məhkəmələrinə və Ali Məhkəməyə verilmiş bütün şikayətlər rədd edilib.

Hesabatda vurğulanır ki, siyasi aktorların, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının, akademiklərin və jurnalistlərin həbs və həbsləri seçkiqabağı dövrdə də davam edib. Hakimiyyət bəzi hallarda şübhəli maliyyə mənbələri və həbs edilmiş şəxslərin uçotunu, o cümlədən dini fundamentalist və separatçı mənbələrə istinad etsə də, bu həbslər bir sıra beynəlxalq və yerli insan haqları qurumları tərəfindən fərqli fikirlərə və tənqidi səslərə basqı kimi qəbul edilir.

Təsəvvür edin, seçki hələ başa çatmayıb ATƏT-in artıq bununla bağlı hesabatı hazırdır. Bu artıq biabırçılıqdır. Bu ATƏT-in Azərbaycana qarşı qərəzli olduğunun sorğusuz-sualsız təsdiqi deməkdir. Bütün bunlar həm də ATƏT kimi bir təşkilatın öz nüfuzunu ayaqlar altına ataraq, kimlərinsə sifarişi ilə işlədiyini çılpaq formada ortaya qoyur. 

Bu həm də onu göstərir ki, Qərb institutları Azərbaycana qarşı yeni qaralama kampaniyasına hazırlaşır. Yayılmış sənədlərin surəti də bununla bağlı artıq hər şeyin hazır olduğunu göstərir. Digər tərəfdən “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən, qərəzli məlumatları anonim “jurnalist qeydi” altında paylaşması da artıq təəccüblü deyil. Bu da sözsüz ki, həmin kampaniyanın tərkib hissəsidir. 

Hər şey aydındır - Azərbaycana qarşı yeni hücum kampaniyasına start verilib. Ancaq ATƏT-in yayılmış biabırçı sənədləri Qərb institutlarının Azərbaycana qarşı yeni hücum kampaniyasını başlamamışdan ifşa etmiş oldu.

TAHİR






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
11
baki-xeber.com

10Mənbələr