AZ

ATƏT seçki başa çatmamış hesabatını "hazırladı" - BU NƏDİ BELƏ?

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki hesabatı artıq hazırdır.Teleqraf.com xəbər verir ki, sənədin artıq tam olaraq yayıma hazır və təsdiqlənmiş formada olduğu görünür.Qeyd edək ki, bir neçə gün öncə mediada ATƏT-in Azərbaycandakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatının artıq hazır olması barədə məlumat yayılmışdı.Seçki prosesi başa çatmamış KİV-də yayılan hesabatın fotoları da onu göstərir ki, ATƏT-in seçki hesabatı əvvəlcədən hazır olub.Sənəddə qeyd olunur ki, seçkilərin hüquqi bazası demokratik seçkilər üçün əlverişli deyil, Konstitusiya və digər qanunların icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığı məhdudlaşdırılıb, beynəlxalq standartlara və ATƏT-in öhdəliklərinə uyğun gəlmir.Hesabatda deyilir ki, MSK daxil olan şikayətlərin əksəriyyətinə mahiyyəti üzrə baxıb, lakin dəvət olunmuş tərəflərin arqumentləri heç vaxt nəzərə alınmayıb. MSK əvvəlcədən hazırlanmış qərarlar qəbul edərək şikayətçiləri qanunla, ATƏT-in öhdəliklərindən və beynəlxalq təcrübədə nəzərdə tutulmuş prosedur təminatlarından məhrum edib.MSK və məhkəmə qərarları tam əsaslandırılmayıb və MSK qərarlarında əlavə hüquqi müdafiə vasitələrinin mövcudluğu göstərilməyib. Apellyasiya məhkəmələrinə və Ali Məhkəməyə verilmiş bütün şikayətlər rədd edilib.Hesabatda vurğulanır ki, siyasi aktorların, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının, akademiklərin və jurnalistlərin həbsi seçkiqabağı dövrdə də davam edib. Hakimiyyət bəzi hallarda şübhəli maliyyə mənbələri və həbs edilmiş şəxslərin uçotunu, o cümlədən dini fundamentalist və separatçı mənbələrə istinad etsə də, bu həbslər bir sıra beynəlxalq və yerli insan haqları qurumları tərəfindən fərqli fikirlərə və tənqidi səslərə basqı kimi qəbul edilir.Qeyd edək ki, bir neçə gün öncə mediada ATƏT-in Azərbaycandakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatının artıq hazır olması barədə məlumat yayılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
11
dia-az.info

10Mənbələr