AZ

Azərbaycanda seçki başa çatmayıb, ATƏT-in hesabatı isə hazırdır - FOTOFAKT

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki hesabatı artıq hazırdır.

Lent.az-ın özəl mənbələrdən əldə etdiyi sənədin artıq tam olaraq yayıma hazır və təsdiqlənmiş formada olduğu görünür.

Sənəddə qeyd olunur ki, seçkilərin hüquqi bazası demokratik seçkilər üçün əlverişli deyil, Konstitusiya və digər qanunların icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığı məhdudlaşdırılıb, beynəlxalq standartlara və ATƏT-in öhdəliklərinə uyğun gəlmir.

Qeyd edək ki, bir neçə gün öncə mediada ATƏT-in Azərbaycandakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatının artıq hazır olması barədə məlumat yayılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
11
azpolitika.info

10Mənbələr