AZ

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun öncəgörənlik missiyasıSeçki başa çatmamış hazırlanan hesabat başdan ayağa qərəzlidir

Müstəqillik əldə etdikdən bəri Azərbaycana qarşı qərəzli mövqeyi ilə müşahidə olunan beynəlxalq təşkilatlar yenə öz ampulalarındadır. Fürsəti əldən vermək istəməyən anti-Azərbaycan qüvvləri bu dəfə də ənənələrinə sadiq qaldılar.  Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərəzi ortalıqdadır. Belə ki, seçki məntəqələrinin qıfılı bağlanmadan, seçki protokolları mərkəzə ötürülmədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu öncəgörənlik edərək seçki hesabatını mətbuata sızdırb. Şərh vermədən birmənalı şəkildə qeyd etmək olar ki, qərəzli uydurmalarla dolu hesabat heç şübhəsiz ki, əvvəlcədən hazır olub. Əks halda Azərbaycanda keçirilən parlament seçkiləri başa çatmamış seçki hesabatını tələm-tələsik sızdırmazdılar. Yeri gəlmişkən qeyd edək ki, hələ parlament seçkilərinin ilk günlərində mediada ATƏT-in Azərbaycandakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatının artıq hazır olması barədə məlumat yayılmışdı. Şübhəsiz ki, sözügedən hesabata xırda dəyişiklilər istisna olmaqla olduğu kimi də yayılacaq. Çünki, artıq hesabat lazımi üstqurumlar tərəfindən təsdiqlənib və siyasi don geyindirilib.  

Məsələn, sənəddə qeyd olunur ki, seçkilərin hüquqi bazası demokratik seçkilər üçün əlverişli deyil, Konstitusiya və digər qanunların icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığı məhdudlaşdırılıb, beynəlxalq standartlara və ATƏT-in öhdəliklərinə uyğun gəlmir. Halbuki Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq təşkilatlarla razılaşdırılıb və Seçki Məcəlləsinin hazırlanmasında iştirak edən beynəlxalq təşkilatlar onun tam şəkildə demokratik seçki keçirilməsinə cavab verdiyi barədə rəy veriblər. Namizədlərin qanunvericiliyin yol verdiyi bütün vasitələrdən istifadə edərək sərbəst şəkildə təbliğat kampaniyasını aparması isə sərbəst toplaşmaq və ifadə azadlığının bariz nümunəsidir.  

Yaxud, hesabatda deyilir ki, MSK daxil olan şikayətlərin əksəriyyətinə mahiyyəti üzrə baxıb, lakin dəvət olunmuş tərəflərin arqumentləri heç vaxt nəzərə alınmayıb. MSK əvvəlcədən hazırlanmış qərarlar qəbul edərək şikayətçiləri qanunla, ATƏT-in öhdəliklərindən və beynəlxalq təcrübədə nəzərdə tutulmuş prosedur təminatlarından məhrum edib. Maraqlı məqam ondan ibarətdir ki, ATƏT-in seçkinin keçirildiyi gün Demokratik Təsisatlar və İnsan Haqları Bürosu şikayətlərin qiymətləndirilməsini tələb edir. Məlumdur ki, seçki prosesi hələ 20 gündən sonra tam başa çatacaq. Bu müddət ərzində təbii ki, MSK-ya edilən şikayətlər araşdırılaraq qiymətləndiriləcək, seçki pozuntusu qeydə alınan məntəqələrdə seçkilərin nəticələri ləğv ediləcək. Bu, adi seçki prosedurudur və dünyanın bütün ölkələrində tətbiq edilən qaydadır. Belə olduğu halda nədən  seçkinin keçirildiyi gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycandan yeni seçki mexanizmi tələb edir? 
 
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu iddia edir ki, MSK və məhkəmə qərarları tam əsaslandırılmayıb və MSK qərarlarında əlavə hüquqi müdafiə vasitələrinin mövcudluğu göstərilməyib. Apellyasiya məhkəmələrinə və Ali Məhkəməyə verilmiş bütün şikayətlər rədd edilib. Başa düşülən deyil ki, nədən Apellyasiya məhkəmələrinə və yaxud Ali Məhkəməyə verilən şikayətlər qanunun mahiyəti üzrə deyil, şikayətçinin siyasi mövqeyinə görə həllini tapmalıdır. Azərbaycan hüquqi dövlətdir, ölkədə siyasi mənsubiyyətindən, dinindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Sadalanan faktlar deməyə əsas verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qərəzli, heç bir reallığa əsaslanmayan, yalan və böhtanlarla dolu hesabat hazırlamaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyətini güdür. Ancaq seçkini müşahidə edən bütün beynəlxalq təşkilatların nümayəndələri reallıqdan çıxış edərək parlament seçkilərinin demokratik və şəffaf keçirildiyi qənaətindədir. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
11
olaylar.az

10Mənbələr