AZ

Salah: “Liverpul”dan ayrılacağam

“Liverpul”un hücumçusu Məhəmməd Salah komandadan ayrılacağını açıqlayıb. Matc.az xəbər verir ki, misirli forvard “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın III tur oyunundan sonra bunu deyib. Ulduz futbolçu “qırmızılar”dan ona yeni müqavilə təklifi gəlmədiyini söyləyib: “Mançester Yunayted”lə oyun mənim “Old Trafford”da sonuncu matçım ola bilər. Hələ klubda heç kim mənə yeni müqavilə təklif etməyib. Ona görə də bu mövsümü sonuncu kimi oynayacağam. Növbəti mövsümü hansı klubda keçirəcəyimi hələ bilmirəm. Bu, təkcə məndən asılı deyil. Birlikdə görəcəyik”. Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
13
matc.az

10Mənbələr