AZ

“Liverpul” Salahı onunla əvəzləyə bilər

Məhəmməd Salah cari mövsümün sonunda “Liverpul”u tərk edə bilər. Misirli futbolçunun “qırmızılar”la müqaviləsi 2025-ci ilin yayında başa çatır.Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, İngiltərə klubu Salahın yerinə oyunçu axtarmağa başlayıb. “Liverpul” “Real”ın və Braziliya millisinin hücumçusu Rodriqo ilə maraqlanır.Rodriqonun transfer dəyəri 110 milyon avro qiymətləndirilir. Onun “Real”la müqaviləsi 2028-ci ilin iyun ayının sonunda başa çatır. Bundan əvvəl 23 yaşlı futbolçunun Kilian Mbappenin gəlişi ilə əlaqədar Madrid klubunu tərk edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.Braziliyalı forvard İspaniya çempionatının cari mövsümündə 4 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
13
komanda.az

10Mənbələr