AZ

Xoselu: “Qızıl top” yox olmaqda olan futbolçulara verilməlidir”

“Real”ın ispan sabiq hücumçusu Xoselu “France Football” nəşrinin “Qızıl top” mükafatına öz fikrincə layiq gördüyü futbolçudan danışıb.

Arena.az AS dərgisinə istinadən, Xoselunun bu barədə fikrini təqdim edir:

“Mən “Qızıl top”u Dani Karvaxala verərdim. Məhz ona. O, ötən mövsümdə bütün qənimətləri qazanıb, yeni mövsümə isə UEFA Super Kubokunu qazanmaqla başlayıb. Bundan əlavə, o, əvvəllər Çempionlar Liqasının finalında olduğu kimi bu yarışda da qol vuraraq Avropa çempionatını qazanıb. Bütün bunlara isə müdafiəçi mövqeyində nail olub. “Qızıl top”un təşkilatçıları onun nailiyyətlərini tanımalı və onun kimi yox olmaq ərəfəsində olan futbolçulara daha çox diqqət yetirməlidirlər. İnsanlar, yalnız çox qol vurduqları üçün hücumçulara fikir verirlər. Amma “Real”da müdafiəçi kimi oynamaq tanınmağa layiq böyük bir nailiyyətdir”, deyə Xoselu vurğulayıb.

Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Karvaxal “qayamqlılar” üçün 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Karvaxalın “Real” karyerası ümumilikdə 421 oyun, 13 qol və 64 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 50 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
2
arena.az

10Mənbələr