AZ

Arne Slot Məhəmməd Salahın mümkün ayrılığı haqda danışdı

“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın misirli ulduz hücumçusu Məhəməd Salahla bağlı xəbərləri şərh edib.

Arena.az xatırladır ki, daha əvvəl Salahın “Liverpul”da son mövsümünü keçirdiyi haqda futbolçunun dilindən məlumat yayılmışdı.

“Burada, sözlərinizdə çoxlu “əgər” var. Hazırda Salah bizdən biri olaraq qalır – mən isə buna çox şadam, o, gözəl oyun nümayiş etdirir. Mən oyunçuların müqavilələri haqqında danışmaq istəmirəm, amma maraqlanırsınızsa, onların çıxışlarını saatlarla müzakirə edə bilərəm”, – Arne Slot britaniyalı jurnalistlərə açıqlamasında bildirib.

Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 44 oyuna 25 qol vurub, 14 məhsuldar ötürmə verib.

Cari mövsümdə misirli hücumçu “Liverpul” üçün 3 oyuna 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 352 oyun, 214 qol, 92 məhsuldar ötürmə.

Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. Salah “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 98 oyun keçirib, 55 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli vingerin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
13
arena.az

10Mənbələr