Cənubi Koreya çempionatında 29-cu turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" növbəti görüşünə çıxıb.
Onun komandası "Qvanqyu" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Anton meydana start heyətində çıxıb və sona qədər oynayıb.
"Daejeon" 31 xalla 9-cu pillədədir.