Cənubi Koreya çempionatında 32-ci turun matçları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" növbəti görüşünə çıxıb.
Krivotsyukun komandası "Ulsan"la üz-üzə gəlib və 0:1 hesabıyla uduzub.
Meydana start heyətində buraxılan Anton sona qədər oynayıb.
"Daejeon" 35 xalla 9-cu pillədədir.