“Azər Bağırovu çoxdan tanıyıram. “Kəpəz”də işinin öhdəsindən gələcəyinə inanıram”.
Gəncə təmsilçisinin futbolçusu Əli Səmədov Sportinfo.az-a açıqlamasında komandadakı baş məşqçi dəyişikliyinə münasibət bildirib.
Adil Şükürovun istefasından sonra görəvə gətirilən 40 yaşlı mütəxəssisin nə dərəcədə uğurlu olacağını mövsümün sonu göstərəcək.
Ötən mövsüm “Araz-Naxçıvan”ın “sükanı” arxasında olan çalışdırıcının qarşısına komandanın elitadakı yerini qorumaq tapşırığı qoyulub.
Səmədov Bağırovla tanışlıq tarixçəsindən bəhs edib:
“Onunla tanışlığımız təxminən 10 il əvvələ təsadüf edir. Həmin vaxt mən “Qəbələ” akademiyasında olanda, U-16, daha sonra U-17-də baş məşqçim olub.
Məşqçilik savadına, işə yanaşmasına bələdəm. İnanıram ki, “Kəpəz” üçün faydalı olacaq. Komandanı toparlayıb, düşdüyü çətin vəziyyətdən çıxaracağına şübhə etmirəm”.
HƏBİB