AZ

Özümüzü aldatmayaq, boş yerə nəyə ümid edək?

Sentyabrın 5-də Bakıda İsveç millisinə uduzan (1:3) Azərbaycan seçməsi növbəti oyun üçün Avropadadır.

Fernando Santuşun rəhbərlik etdiyi kollektiv qrupda ikinci matçını sentyabrın 8-də Slovakiyaya qarşı keçirəcək.

İsveçlə oyundan əvvəl ümidlərimizə işıq saçan çalarlar var idi. Bu rəqibi ötən il Bakıda 3:0 məğlub etməyimiz, doğma meydanda oynamağımız, İsveçin yeni baş məşqçi ilə yola çıxması, son 4 oyunda cəmi 1 qələbə qazanması və sair.

İndi nəyə ümid edək? Hansı köməkçi vasitənin ətəyindən yapışaq?

Müdafiənin dirəyi Bəhlul Mustafazadə oynamayacaq.

Rəqib doğma azarkeşlərinin dəstəyini hiss edəcək.

Heyətləri kifayət qədər güclüdür. 3 ay əvvəlki Avropa çempionatında Belçikanı udub, Rumıniya ilə heç-heçə edib, İngiltərəyə əlavə vaxtda məğlub olublar.

3 gün əvvəl səfərdə Estoniyanı gəzə-gəzə udublar.

Slovakların xeyrinə işləyən amilləri saymaqla qurtarmaz. Biz isə hələ də qoçu Ramil Şeydayevlə əfəl kapitan Emin Mahmudovun penalti olayının müzakirəsini aparırıq, Bəhlulun yerində kimin oynayacağını düşünürük, Mehdi Cənnətovun yerində Rza Cəfərovun dayanmalı olduğunu iddia edirik.

Bəlkə Santuşun hansısa fövqəladə tapşırığı, futbolçuların inanılmaz mübarizliyi, şans, bəxt, möcüzə, ya nə bilim, başqa nəsə heç olmasa 1 xal qazanmaq üçün millimizə kömək edə.

Ancaq buna da inanmağım gəlmir. Onlar hara, biz hara?

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
17
sportinfo.az

10Mənbələr