AZ

Qadınların sülh prosesində iştirakı

Araşdırmalar göstərir ki, qadınların sülh proseslərində iştirakı sülhü daha dayanıqlı və davamlı edir və il ərzində zorakılıq səviyyəsini aşağı sala bilər. Bunun səbəbi isə cinslərin fərqli baxış bucaqlarına sahib olmaqlarıdır.

Beləliklə, qadınların sülh proseslərinə müsbət təsiri ondan ibarətdir ki, qadınlar münaqişələri humanistləşdirir, onların sülh təşəbbüsləri isə əhalinin müxtəlif qruplarının sülh proseslərində iştirakına imkan yaradır. Lakin bu xüsusiyyətlərin sülhə nail olmaq üçün mühüm resurslar olmasına baxmayaraq, onlar sadəcə qanunverici orqanlar tərəfindən deyil, həm də sülh tədqiqatçıları və elm adamları tərəfindən nəzərə alınmır. Qadının sülhə müsbət təsir göstərməsi və davamlı sülhün təmin olunmasına töhfə vermək qabiliyyətinə malik olması barədə iddialar və bəyanatlar müxtəlif ölkələrin və icmaların nümunələri tərəfindən təsdiq oluna bilər.

Buna nümunə olaraq Şimali İrlandiya, Ruanda, Şri-Lanka, Liberiya və bir çox başqa ölkələri göstərmək mümkündür. 2003-cü ildə Liberiyada davam etməkdə olan toqquşmalara qarşı “Sülh quruculuğunda qadınlar şəbəkəsi”nin (WIPNET) kütləvi etiraz aksiyaları nəticəsində Liberiya vətəndaş müharibəsinin tərəfləri barışıq və danışıqlara çağırdılar (20 il ərzində ilk dəfə).

 

Şimali İrlandiyada qadın aktivistlər demokratiya və tolerantlığın yüksək standartlarının bərpası yolu ilə möhkəm sülh üçün təməl yaratmış Mübarək Cümə razılaşmasının (Good Friday Agreement) əldə edilməsində böyük rol oynamışdılar. Öz növbəsində, Ruandada qadınlar kimsəsiz uşaqlara qayğı və evlərin tikilməsi kimi bərpa proseslərində mühüm rol oynamış, həmçinin bank kassiri, taksi sürücüsü, mexanik və Nazirlər Kabinetinin üzvü funksiyalarını yerinə yetirməyə başlamışdılar.


Beləliklə, 19-cu əsrin sonlarından etibarən qadınların sülh proseslərində iştirakı məsələsi alimlərin və beynəlxalq ictimaiyyətin gündəliyində durur. Buna görə də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik haqqında 2000-ci ildə qəbul edilmiş 1325 saylı qətnaməsində qadın hüquqlarının, onların sülh və təhlükəsizliyin qorunub saxlanması və möhkəmləndirilməsi səylərində bərabərhüquqlu, tam, həqiqi iştirakı mühüm əhəmiyyət kəsb edir. Bu günə qədər qadınlar, sülhün və təhlükəsizliyin təşviqi mövzusunda daha doqquz qətnamə qəbul olunmuşdur: 1820 (2008), 1888 (2009), 1889 (2009), 1960 (2010), 2106 (2013), 2122 (2013), 2242 (2015), 2467 (2019) və 2493 (2019).


Qadınların sülh proseslərinə çıxışının və iştirakının artırılmasında müəyyən irəliləyiş əldə olunsa da, hələ çox işlər görülməlidir. Təəssüf ki, qadınlar sülh proseslərində iştirakdan və vasitəçilikdən böyük ölçüdə kənarda qalır. Nəticədə, bir çox silahlı münaqişələrdə sülhün, dinc dialoqun və hərbi əməliyyatların dayandırılmasının təşviqində qadınların oynadığı böyük rola baxmayaraq, gender məsələləri yeni sülh sazişlərində öz əksini tapmayıb.
Xatırladaq ki, bu günə kimi Azərbaycan və Ermənistan arasında aparılmış danışıqlar proseslərində heç bir tərəfdən qadın iştirakçılığı müşahidə olunmayıb.  Onu da vurğalayaq ki,  münaqişə olan digər ölkələrdə də  qadınların sülh danışıqlarında iştirakı o qədər də mütəmadi rast gəlinən fakt kimi göstərilə bilməz.

 

Nəticədə, bir çox silahlı münaqişələrdə sülhün, dinc dialoqun və hərbi əməliyyatların dayandırılmasının təşviqində qadınların oynadığı böyük rola baxmayaraq, gender məsələləri yeni sülh sazişlərində öz əksini tapmayıb. 1992-2011-ci illər arasında 31 sülh prosesini əhatə edən 2012-ci il BMT-nin qadınlar araşdırmasın bu sahədə qadınların marginallaşmasının açıq sübutunu təqdim edir: Belə ki, üqavilə imzalayanların yalnız 4 faizi, baş vasitəçilərin 2,4 faizi, şahidlərin 3,7 faizi və danışıqlar aparanların 9 faiz qadınlar olub.
 

Lakin təəssüflə qeyd etməliyik ki, bu qətnamənin qəbulundan bu ilin payızında 24 il tamam olsada, Azərbaycan hələdə bu qətnaməni ratifikasiya etməyən ölkələr sırasındadır. Baxmayaraq ki, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında 1979-cu il Konvensiyası (CEDAW) tərəfindən Azərbaycan hökümətinə verilən tövsiyyələr içərisində  1325 –in ratifikasiya olunması məsələsi də yer alır.  Daha bir reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda qadınların böhran vəziyyətindən çıxması ilə bağlı heç bir Milli Fəaliyyət Planı qəbul olunmayıb.   
Bu məqalə  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyi tərəfindən həyata keçirilən  “Qadınlar Sülh uğrunda” layihəsi çərçivəsində hazırlanıb.

Məqalədə əks olunan fikirlər ictimai birliyə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 

Seçilən
41
50
qht.az

10Mənbələr