AZ

Basketbol: “Ordu” “Quba”ya məğlub oldu

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

B qrupunun liderlərindən olan “Ordu” “Quba”nı qəbul edib. Meydan sahibləri qalib gələcəyi halda müvəqqəti də olsa, liderliyə yüksələ bilərdilər. Amma qubalılar fərqli hesabla qalib gələrək mövsümdə ikinci dəfə 2 xal qazanıblar.

Qeyd edək ki, turun növbəti iki matçı sabah keçiriləcək. NTD “Sərhədçi”ni, “Neftçi” “Abşeron”u sınağa çəkəcək. Dekabrın 6-da “Naxçıvan” “Sabah”la üz-üzə gələcək. Bir gün sonra isə “Sumqayıt” “Gəncə”ni sınağa çəkəcək. Tura dekabrın 8-də “Şəki” – “Lənkəran” matçı ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
B qrupu, 5-ci tur
3 dekabr

“Ordu” – “Quba” 75:101 (21:21, 21:22, 10:32, 23:26)
Bakı. “Sərhədçi” İdman Mərkəzi.

Xallar: Gəncə – 8. Ordu – 8. Lənkəran – 6. Şəki – 6. Quba – 5. Sumqayıt – 4.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
4
4
arena.az

10Mənbələr