AZ

Basketbol: “Neftçi” və NTD yenə uduzdular

Bu gün Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 5-ci turunun növbəti iki oyunu keçirilib.

Arena.az xəbər verir ki, A qrupu çərçivəsində keçirilmiş hər iki matç Bakıda baş tutub.

“Sərhədçi” NTD-ni məğlub edərək liderlərlə xalını bərabərləşdirməyə nail olub. “Neftçi” isə “Abşeron”la oyunda ilk qələbəni qazanmağa çalışıb. Amma bu görüşdə qələbəni “Abşeron” bayram edib.

Xatırladaq ki, 5-ci turun açılış matçında “Ordu” “Quba”ya 75:101 hesabı ilə uduzmuşdu. Dekabrın 6-da “Naxçıvan” “Sabah”la üz-üzə gələcək. Bir gün sonra “Sumqayıt” “Gəncə”ni sınağa çəkəcək. Tura dekabrın 8-də baş tutacaq “Şəki” – “Lənkəran” matçı ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 5-ci tur
4 dekabr

NTD – “Sərhədçi” 79:84 (27:19, 24:19, 14:22, 14:24)
Bakı. “Sərhədçi” İdman Mərkəzi.

“Neftçi” – “Abşeron” 56:72 (19:22, 16:19, 11:20, 10:11)
Bakı. “Sərhədçi” İdman Mərkəzi.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
10
10
arena.az

10Mənbələr