AZ

Basketbol: “Sumqayıt” “Ordu”ya böyük hesabla uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 6-cı turunun növbəti qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu B qrupu çərçivəsində baş tutub.

“Ordu” “Sumqayıt”ı sınağa çəkib. Son oyunda məğlub olan meydan sahibləri bunu unutdurublar. Onlar qonaq komandanı fərqli məğlub ediblər. “Ordu” 115:81 hesabı ilə üstün olub.

Xatırladaq ki, turun ilk matçlarında “Naxçıvan” “Neftçi”ni 83:72, “Sabah” isə “Sərhədçi”ni 67:64 hesabı ilə məğlub edib. Dekabrın 13-də “Abşeron” NTD-ni, bir gün sonra “Gəncə” “Lənkəran”ı qəbul edəcək. Tura “Quba” – “Şəki” görüşü ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
B qrupu, 6-cı tur
11 dekabr

“Ordu” – “Sumqayıt” 115:81 (30:21, 30:15, 31:12, 24:33)
Bakı. “Sərhədçi” İdman Mərkəzi.

Xallar: Ordu – 10. Gəncə – 9. Şəki – 8. Lənkəran – 7. Quba – 7. Sumqayıt – 6.

    Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

    Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

    Seçilən
    4
    10
    arena.az

    10Mənbələr