1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Sen-Martin Karib dənizinin şimal-şərqində yerləşən, 37 kvadratmil ərazisi olan kiçik bir adadır. Biz iki suveren dövlət tərəfindən bölünmüşük. Şimal tərəfdən fransızlar, cənub tərəfdən isə niderlandlar tərəfindən müstəmləkə edilmişik".
Oxu.Az-ın məlumatına görə, bunu Sen-Martin parlamentinin üzvü Franklin Meyers Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkil etdiyi "Sen-Martində Fransa və Niderland müstəmləkə idarəçiliyi - bir ada, bir xalq, bir tale" adlı tədbirdə deyib.
O, müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək verdikləri üçün təşkilatçılara təşəkkür edib.
"BTQ-nin bu təşəbbüsünü görməkdən çox məmnunam. Biz dünyanın bir tərəfində öz problemlərimizlə üzləşərkən siz bu tərəfdə bizim mübarizəmizi dəstəkləyirsiniz", - deyə Meyers bildirib.
Siyasətçi vurğulayıb ki, müstəmləkə idarəçiliyindən azad olmaq bütün insanların fundamental hüququdur.
"Biz hər cür idarəçilikdən azad olmalıyıq. Bizim öz müqəddəratımızı təyin etmək hüququmuz olmalıdır. Və biz öz taleyimizi həll etmək hüququna malik olmalıyıq", - deyə Meyers bəyan edib.
Rufina Abdullayeva