AZ

Palata büdcənin yalnız 40%-də audit yoxlama apara bilir - Deputat

Hesablama Palatası ölkə büdcəsinin cəmi 40%-i üzrə audit yoxlamadan keçirə bilir. Bunu deputat Vahid Əhmədov deyib. 
 
"Yoxlamalar təxminən 15 milyardı əhatə edib. Bu da büdcənin 40%-ni təşkil edib. Digər hissələrini yoxlamaq olmayıb. Palatanın auditlərinin sayının artırılmasına ehtiyac var. Həmçinin informasiya texnologiyalarından istifadə edilməsi məqəsədə uyğun olar", - deputat aprelin 19-da Milli Məclisdə "Hesablama Palatası"nın hesabatına münasibət bildirərkən söyləyib. 
 
Deputat bildirib ki, ən çox pozuntular tenderlərlə və muhasibat uçotu ilə bağlıdır. 
 
"Biz tenderlərlə və mühasibat uçotu ilə bağlı qanun qəbul etsək də ən çox problemlər bu sahədədir. Görnür ki, qanun düzgün icra olunmur", - o vurğulayıb.  
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
237
32
anews.az

10Mənbələr