Əliliyi olan şəxslərlə bağlı illik hesabat hazırlanması vacibdir - Deputat
Əliliyi olan şəxslərlə
bağlı Ombudsman tərəfindən illik hesabatların hazırlanması vacibdir. Bunu
deputat Vüqar Bayramov deyib.
"Dünya
pratikasında əliliyi olan şəxslərlə bağlı illik hesabatların hazırlanması var.
Hətta bu cür hesabatlar MDB ölkələrində də hazırlanır. Təklif edirəm ki, bu
kateqoriyadan olan şəxslərin hüquqlarının qorunması ilə bağlı ayrıca bir
hesabat hazırlansın. Bu ya icbari formada ya da qanunvericiliyə daxil etməklə
hazırlana bilər”, - deputat aprelin 26-da Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında” qanuna münasibət bildirərkən deyib.
Gülnar Nazimqızı
www.anews.az