AZ

Xəzərdə adaların yaradılmasında dövlət bankalarının icazəsinə qadağa qoyulmalıdır - Deputat

Süni adaların yaradılmasında dövlət banklarının iştirakınıa qanunla icazə verilməməlidir. Bunu deputat Qüdrət Həsənquliyev deyib.
 
"Bu meqa layihədir. Qaradağda belə bir layihə oldu və yarımçıq qaldı. Təklif edirəm ki, qanunda belə layihə hazırlamaq istəyən şəxs sənədlə maliyyə durumunu rəsmi şəkildə açıqlamalıdır. Həmçinin bu prosesdə dövlət banklarının iştirakına qadağa qoyulmalıdır. Dövlət sahibkarlıq işi ilə məşğul olmamalıdır", - deputat aprelin 23-də Milli Məclisdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna münasibət bildirərkən söyləyib. 
 
Həsənquliyev həmçinin süni adalar yaradılandan sonra onun dövlət mülkiyyətinə keçməsini doğru addım saymayıb. 
 
"Niyə sahibkarın öz vəsaiti hesabına yaratdığı mülkiyyət dövlətin mülkiyyətinə keçməlidir?, - o bildirib. 
 
Deputat Tahir Mirkişi cavab olaraq söyləyib ki, Su Fonduna tabe olan mülkiyyətlər dövlət mülkiyyəti sayılır. 
 
"Dünyada tikilən belə adalar özəlləşdirilmir. Bizdə də Su Fonduna tabe olan mülkiyyətlər dövlət mülkiyyəti sayılır. Sahibkara torpağın üzərində tikilən mülkiyyət maraqlıdır. İqtisadi cəhətdən bunu doğru sayırıq", - Mirkişili əlavə edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
208
32
anews.az

10Mənbələr