AZ

28 May - Müstəqillik Günü böyük iftixar və qürur hissi ilə qeyd olunur - Rauf Əliyev

Bakı. Trend:

Bu gün xalqımız 28 May - Müstəqillik Gününü böyük iftixar vəqürur hissi ilə bayram edir. 28 may tarixinin “Müstəqillik Günü”kimi təsbit olunması dövlət suverenliyinin məhz 1918-ci ildəbərqərar olması faktına əsaslanır bu da ərazi bütövlüyünü tambərpa etmiş müasir Azərbaycanın 1918-ci il 28 may tarixindəyaradılan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olmasınıngöstəricisidir.

Azərbaycan xalqı 1918-ci ilin 28 may tarixində müsəlman Şərqindəilk demokratik cümhuriyyəti qurmaqla öz dövlətçilik ənənələriniyenidən bərpa etdi. Lakin müstəqillik yolu xalqımıza heç də asanbaşa gəlmədi. Çünki 1917-ci ilin fevralında Rusiyada baş verəninqilab nəticəsində imperiyanın süqutu yaxınlaşmış vəmərkəzdənqaçma meylləri güclənmişdi. Rusiya Dövlət Dumasınaseçilmiş Cənubi Qafqazdan olan deputatlar əvvəlcə Xüsusi Komitəsonra noyabr ayında isə Zaqafqaziya Komissarlığı yaratdılar.1918-ci ilin 23 fevralında Rusiyanın Müəssislər Məclisinə seçilmişdeputatlar Tiflisdə toplaşaraq ilk öncə Zaqafqaziya Seymi, 22aprelində isə müstəqil Zaqafqaziya Federativ Respublikasıyaratdılar. Regionda olan hər üç millətin nümayəndələrinin təmsilolunduqları Zaqafqaziya seymində xarici və daxili amillərinsayəsində ümumi dil tapmaq çətinləşirdi. 26 mayın tarixindəZaqafqaziya Seymi özünün sonuncu iclasını keçirdi. 27 may tarixindəSeymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını elan etdi.Milli Şuranın rəyasət heyəti və sədri seçildi. 28 may tarixindəAzərbaycan Milli Şurasının 44 üzvündən 26-nın imzaladığı dövlətmüstəqilliyi haqqında İstiqlal Bəyannaməsi ilə türk-müsəlmandünyasında ilk parlamentli respublikanın yaranmasının əsasıqoyuldu. Azərbaycanın öz müstəqilliyini elan etməsi haqqında 30 maytarixində hökumətin başçısı Fətəli xan Xoyskinin imzası ilədünyanın əsas siyasi mərkəzlərinə telefonoqramma göndərildi.Sonralar Əsas Qanunun-Konstitusiyanın qəbul edilməsi mümkünolmadığı üçün İstiqlal Bəyannaməsi Xalq Cümhuriyyətinin süqutunadəkfaktiki olaraq Konstitusiyanı əvəz edirdi. Şərqdə və müsəlmanaləmində ilk demokratik dövlət kimi Xalq Cümhuriyyətininyaradılması Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifəaçdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 maytarixi hər il Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsigünü-Müstəqillik Günü kimi qeyd edilir. Cəmi 23 ay fəaliyyətgöstərməsinə baxmayaraq, Azərbaycan Cümhuriyyəti tarixdə silinməzizlər qoymuşdur. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlətkimi xalqın yaddaşında qalmış və gənc nəslə ötürülmüşdür. Yetmiş ilmüddətində davam edən bolşevik təcavüzü xalqımızın yaddaşındanmilli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi poza bilmədi və bizdilimizin müqəddəsliyini bu yetmiş il ərzində də qoruyub saxlayabildik. Əgər bir xalq dilini, adətini və tarixini qorumaqqüdrətindədirsə həmin xalq yaşayacaq. Azərbaycan Cümhuriyyəti 23 ayərzində xalqın milli şüurunu oyatdı, ölkəmizi beynəlxalq aləmətanıtdı və buna görə də Azərbaycan Cümhuriyyətinin tariximizdəxüsusi və silinməyən rolu var.

Ümummilli Lider Heydər Əliyev çıxışı zamanı bildirmişdir ki,“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycantorpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində -XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik,azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızınqabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızdamilli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, millidirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısıməntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasınagətirib çıxarmışdır”. Qeyd etmək lazımdır ki, Azərbaycan DemokratikCümhuriyyətinin fəaliyyət göstərdiyi dövr çox çətin, ziddiyyətli,mürəkkəb dövr olmuşdur. Belə bir çətin şəraitdə görülən işlər vəgələcək nəsillərə çatan irs ilk Azərbaycan DemokratikCümhuriyyətinin tarixi mahiyyətini çox yüksək səviyyədə özündə əksetdirir. Məhz bu demokratiya, milli azadlıq, müstəqillikəhval-ruhiyyəsi, birlik əsrin sonunda xalqımızı dövlətmüstəqilliyinə gətirib çıxara bilmişdir. 20-ci yüzilliyinsonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixişərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı20-ci yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu,xalqımızın siyasi tarixində 20-ci əsrdəki ikinci parlaqqələbəsidi.

Vurğulamaq lazımdır ki, Azərbaycan xalqının və dövlətininmüstəqillik tarixində yeni bir dönəm başlamışdır. Bunun da əsassəbəbi işğal edilən və 30 illik ayrılıqdan sonra Qarabağaqovuşmağımız, ərazi bütövlüyümüzü təmin olunmasıdı. Qarabağtorpaqlarının 30 il ərzində işğal olunması, dinc sakinlərin ermənivandalizminin qurbanı olması sanki xalqımızda bir natamamlıqsindromu yaratmışdı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandancənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun zəfərindənsonra sanki xalqımızın özünəinam hissi artdı. 20 ildən artıq birdövrdə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin siyasi kursununcənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizinmüstəqilliyinin, suverenliyinin daha da gücləndirilməsinə xidmətedir. Güclü təməl üzərində uğurla inkişaf edən ölkəmiz hazırdatarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpaedilməsi ilə dünyanın diqqət mərkəzindədir.

Ölkə başçısı cənab İlham Əliyev bildirmişdir ki, “Müstəqillikdeyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasətmüstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf,əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlikşəraitində yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimizbundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələrüçün də cəlbedicidir. Ona görə də bu gün dünyada Azərbaycanı böyükrəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Onagörə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarınıhəmişə müdafiə edirik” fikirləri müasir müstəqil Azərbaycanınbeynəlxalq aləmdə möhkəmlənən mövqeyini şərtləndirən amillərintəqdimatıdır”. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlhamƏliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan diplomatiyasıölkəmizi strateji cəhətdən önəmli və nüfuzlu dövlətə çevirmişdir.Ölkədə aparılan böyük abadlıq-quruculuq işləri, əldə edilmiş mühümsiyasi, iqtisadi nailiyyətlər ictimai-siyasi həyatın bütünsahələrində inkişafın bariz göstəricisidir. XX əsrdə Azərbaycanxalqının ən böyük nailiyyəti, şübhəsiz ki, müstəqil Azərbaycandövlətinin yaradılmasıdır və öz müstəqilliyini bərpa edənAzərbaycan demokratik, dünyəvi, hüquqi dövlətin möhkəm təməliqoyulmuşdur. Məhz bu müddət ərzində Azərbaycan xalqı öz müstəqildövlətinin Konstitusiyasını qəbul etmiş, qanunvericiliyini,hakimiyyətin bölünmə prinsiplərini, hüquq normalarını dünyastandartlarına uyğunlaşdıraraq başqa dövlətlərlə hərtərəfliəməkdaşlığa hazır olduğunu nümayiş etdirmişdir. İllər ərzindəyaşayışımızın bütün sahələrini əhatə edən köklü dəyişikliklər vədərin islahatlar həyata keçirilmişdir. Ölkəmiz müstəqil dövlətolaraq öz milli neft strategiyası və konsepsiyasını icra etməyəbaşlamış, xarici dövlətlərin aparıcı neft şirkətləri iləmüqavilələr bağlayaraq dünya iqtisadiyyatına öz uğurlu töhfəsiniverir.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Seçilən
139
1
az.trend.az

10Mənbələr