AZ

Vaşinqtonda Bayramov, Mirzoyan və Blinken arasında üçtərəfli görüş başlayıb

Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.


NATO sammiti çərçivəsində keçirilən görüş Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşmasına həsr olunub.


Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, görüş Antoni Blinkenin təşəbbüsü ilə baş tutur.


**09:28

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş olacaq.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş bu gün, iyulun 10-da ABŞ-ın paytaxtında keçiriləcək.

 

“Əvvəlki mesajın davamı olaraq: Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, - deyə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

 

**00:34


ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik nizamlanma üzərində işi davam etdirir.

 

Senzor.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO sammiti çərçivəsində Vaşinqtonda görüşünün mümkünlüyü ilə bağlı Miller bu barədə məlumatlı olmadığını deyib.

 

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın sözlərinə görə isə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Vaşinqtonda NATO sammiti çərçivəsində görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur.

 

Qeyd edək ki, iyulun 9-da NATO-nun 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda öz işinə başlayıb. Sammitdə Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
9
senzor.az

9Mənbələr