AZ

Rusiya ikinci Sülh Sammitində iştirakdan imtina etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında Moskvanın Ukrayna üzrə ikinci Sülh Sammitində iştirak etmək niyyətində olmama səbəbini açıqlayıb.

KONKRET.az-ın məlumatına görə, o bildirib ki, konfransda Rusiya üçün qəbuledilməz yanaşmalar var:

“Qərb, Çindən fərqli olaraq, Ukrayna ilə bağlı təşəbbüslərində böhranın kökündən danışmır və nəyin bahasına olursa-olsun Zelenskinin ultimatumundan keçmək kursunu müəyyənləşdirib. Əgər Rusiya Qərblə Avropanın təhlükəsizliyi, o cümlədən Ukrayna ilə bağlı razılığa gələrsə, o, ifadələrə və təminatlara diqqətlə nəzarət edəcək”, – deyə Lavrov əlavə edib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
9
konkret.az

9Mənbələr