AZ

Lavrov Laosda Putinin Avrasiya təhlükəsizliyi ilə bağlı təşəbbüsünü müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Laosda keçirəcəyi tədbirlərdə Rusiya prezidenti Vladimir Putinin Avrasiya təhlükəsizlik arxitekturasının formalaşdırılması təşəbbüsünü müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə V.Putinin Avrasiya təhlükəsizliyinin arxitekturasının formalaşdırılması təşəbbüsü xüsusi aktuallıq kəsb edir: “Təşəbbüsün təməli bərabərlik, bütün dövlətlərin maraqlarına hörmət, təbii tərəfdaş kimi bir-biri ilə bağlılıq prinsiplərinə söykənir”

Məlumata görə, iyunun 14-də Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə deyib ki, Rusiya Avrasiyada özünün bərabər və bölünməz təhlükəsizlik sistemini işləyib hazırlamalıdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın daha əvvəl verdiyi məlumata görə, Lavrov iyulun 26-dan 27-dək Viyentiyanda ASEAN çərçivəsində xarici işlər orqanları rəhbərlərinin müntəzəm görüşlərində iştirak edəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
9
ikisahil.az

9Mənbələr