AZ

Lavrov Laosda Putinin Avrasiya təhlükəsizlik planını müzakirə edəcək – ÖZƏL

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laosda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində tədbirlərdə iştirak edərkən prezident Putinin Avrasiya təhlükəsizlik arxitekturasının yaradılması təşəbbüsünü müzakirə edəcək.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Mövcud şəraitdə Rusiya Prezidenti Vladimir Putinin Avrasiyanın təhlükəsizlik arxitekturasının formalaşdırılması təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Biz təməli bərabərlik, bütün ölkələrin hörməti və qarşılıqlı əlaqə prinsiplərinə söykənən Assosiasiyaya bu prosesdə təbii tərəfdaş kimi baxırıq" - o, Laosda qaldırılacaq mövzular barədə soruşduqda deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
9
olaylar.az

9Mənbələr